Fransanın "Nant" klubu baş məşqçisi Luis Kastro ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, evdə "Lans"a (1:2) məğlubiyyətdən sonra rəhbərlik portuqaliyalı mütəxəssisi istefaya göndərib.

 

Bu mövsüm keçirdiyi 15 oyunda cəmi 2 qələbə ("Oser" və "Paris") qazanan klub hazırda turnir cədvəlində sonuncu pillədə yer alır. Bununla da klubun aşağı liqaya düşmə ehtimalı artıb.

 

Klub rəhbərliyi komandanı müvəqqəti olaraq Əhməd Kantariyə həvalə edib. Mərakeş millisinin və "Valensyen"in sabiq müdafiəçisi olan Kantari ötən mövsüm də "Nant"da Antuan Kombuarenin köməkçisi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, "Nant" növbəti oyununu cümə günü səfərdə "Anje"yə qarşı keçirəcək.