Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) IX tura bu gün start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə B qrupunda iki matç keçiriləcək.
"Lənkəran" "doğma divarlar" arasında "Quba"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq.
Günün son matçı isə paytaxtda baş tutacaq. "Naxçıvan" "Sərhədçi" ilə üz-üzə gələcək. Bu görüşün start fiti 20:00-da səslənəcək.
Qeyd edək ki, "Naxçıvan" B qrupunda 14 xalla ikinci pillədə qərarlaşıb. "Lənkəran" 11 xalla üçüncü, eyni xala malik "Quba" dördüncü, "Sərhədçi" 10 xalla beşincidir. IX tura dekabrın 14-də yekun vurulacaq.