Noyabrın 8-19-da Petrovaçda (Monteneqro) keçiriləcək şahmat üzrə Avropa çempionatının üç reytinq favoriti müəyyənləşib. Sport24.az xəbər verir ki, turnirdə ilk pillədə sloveniyalı Vladimir Fedoseyev qərarlaşıb. Rumıniyalı Boqdan-Daniel Diak ikinci, niderlandlı Yorden Van Foreest isə üçüncü olacaq.

 

Azərbaycan qrossmeysterlərindən ən yüksək reytində Rauf Məmmədov malik olacaq - 16-cı yer.

 

Qeyd edək ki, Avropa çempionatında yığmanın heyətində Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Əbdülkərimli, Orxan Bağırov və Kamran Vəlizadə çıxış edəcəklər.