"Real" və "Atalanta" arasında keçiriləcək UEFA Superkuboku matçını idarə edəcək hakimin adı müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Oyunun ədalət təmsilçisi isveçrəli Sandro Şörer olacaq. 

 

Qeyd edək ki, avqustun 14-də Polşanın Varşava şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.