AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

 

Qurumun Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Trabzonspor" (Türkiyə) – "Rujomberok" (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.

 

Qeyd edək ki, avqustun 1-də Trabzon şəhərində yerləşən "Şenol Güneş İdman Kompleksi"ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.