"Güclü komandaya qarşı oynayacağımızı bilirdik. Onlar cütün favoriti idi. Lakin biz də mövsümlərarası fasilədə çox yaxşı hazırlıq keçmişik. Fikrimcə, ilk görüşdə heç də pis təsir bağışlamadıq və layiqli qələbə qazandıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabahn futbolçusu İvan Lepinitsa deyib.


Xorvat yarımmüdafiəçi "Makkabi" qarşıdakı cavab matçı ilə də bağlı fikirlərini bölüşüb: "İlk qarşılaşmada komanda olaraq kompakt oynadıq və rəqibə fərqlənmək üçün hər hansı şans vermədik. Bununla belə, başa düşürük ki, hələ heç nə bitməyib. Bizi qarşıda daha bir 90 dəqiqə gözləyir. İndi tam olaraq gələn həftə keçiriləcək oyuna köklənməli və ilk matçda əldə etdiyimiz üstünlüyü qoruyub saxlamalıyıq".

 

Qeyd edək ki, srağagün keçirilən "Makkabi" (Hayfa) – "Sabah" oyunu "bayquşlar"ın böyükhesablı qələbəsi ilə yekunlaşıb – 0:3