Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı yığma baş məşqçisini açıqlayıb. Sport24.az xəbər verir ki, qurum bu ada İtaliya millisinə rəhbərlik edən Roberto Mançini layiq görülüb.
57 yaşlı mütəxəssis 225 xalla bütün rəqiblərini qabaqlayıb.Cənubi Amerika çempionlunu qazanan Argentina millisinin çalışdırıcısı Lionel Skaloni 30 xalla 2-ci, UEFA Millətlər Liqasının son qalibi olan Fransa yığmasının baş məşqçisi Didye Deşam 25 xalla 3-cü yeri tutub.
Qeyd edək ki, İtaliya yığması bu il keçirilmiş Avropa çempionatının qalibi olub.