Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Formula 1 yarışlardan əvvəl trassda digər mexaniki vasitələrlə hərəkəti qadağan edib. Sport24.az xəbər verir ki, yeni qərara əsasən, Qran-pri günləri trassa velisiped və skuterlə çıxmağa icazə verilməyəcək. Təşkilatçılar belə gəzintilərin təhlükəli olduğunu bildirib.

Qeyd edək ki, buna qədər mühəndislər və pilotlar yarışın keçirildiyi yeri kiçikhəcmli texniki vasitələrlə gəzir və orada yoxlanışlar aparırdılar. Əksər pilotlar trassda əsasən velosipedlə hərəkət edirdilər.

Yeri gəlmişkən, “Ferrari” pilotu Şarl Lekler bu qadağaya münasibətini bildirib: “Mən trassı piyada gəzmirdim. Əsasən yarışdan qabaq onu velosipedlə yoxlayırdım. Bu qərardan sonra məni asfaltın üstündə görməyəcəksiniz”.