Xizək alpinizmi üzrə Azərbaycan millisinin üzvlərinə Qış Olimpiya Oyunlarına təsnifat yarışlarından əvvəl dopinqlə bağlı təlim keçirilib. Sport24.az əbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Tədbir "Şahdağ" Turizm Mərkəzində gerşəkləşib. Təlimi Azərbaycan Milli Antidopinq Agentliyinin direktor müavini, elm, təhsil və tibb məsələləri üzrə cavabdeh şəxs Rüfət Əfəndiyev təşkil edib.