Aleksandr Usiklə döyüşməkdən imtina etməsinə baxmayaraq, WBC versiyası üzrə dünya çempionu Tayson Fyuri rəqibini qorxaqlıqda ittiham edib. Sport24.az xəbər verir ki, o görüşün baş tutmamasına görə 3 müxtəlif kəmərin sahibi olan ukraynalı boksçunu günahlandırıb: “Usik, sən balaca qorxaqsan, əsl siçovulsan. Əclaf! Həftə boyunca döyüşdən qaçmağa cəhd etdin, ancaq revanş döyüş tələb etməyə başladın. Bunu razılaşdırdıq, amma sonradan bundan da imtina etdin. Sən heç vaxt “Qaraçı Kralı” ilə döyüşməyə layiq deyilsən!”