Ukraynalı fiqurlu konkisürmə ustası Daniil Semko Moskvada bıçaqlanıb. Sport24.az xəbər verir ki, bubbarədə Rusiya mətbuatı məlumat verib.

Belə ki, ukraynalı idmançı Macarıstan komandasının üzvü kimi Moskvada buz üstündə rəqs yarışında iştirak edib. Əslən Odessadan olan 22 yaşlı idmançı Petrovski parkda hərəkət edərkən naməlum bir şəxs ona yaxınlaşaraq bud nayihəsinə bıçaqla zərbə endirib.

Ayağında ağrı hiss etdikdən sonra dərhal xəstəxanaya gələn Semko həkimlərin nəzarəti altına alınıb. Maraqlıdır ki, xəstəxanaya polis gəldikdən sonra idmançı ifadəsində çantaya ilişdiyini və ayağının cızıldığını söyləyib.

Semko xəstəxanadan çıxdıqdan sonra yarışın başa çatmasını gözləmədən Rusiyanı tərk etmək fikrindədi.