Latviyanın paytaxtı Riqada stolüstü tennis üzrə "Riga City Council"s Youth Cup" beynəlxalq turniri keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan idmançıları Onur Quluzadə ilə Yağmur Məmmədli yarışda fəxri kürsüyə yüksəliblər.
U-13 yaş qrupunda mübarizə aparan stolüstü tennisçilərimiz bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüblər.
Qeyd edək ki, milli komandamız beynəlxalq yarışa 16 idmançı ilə qatılıb. Riqa sınaqlarına sabah yekun vurulacaq.