İngiltərənin "Çelsi", "Arsenal" klublarının və Çexiya millisinin keçmiş qapıçısı Petr Çex hokkeyçi karyerasını bərpa edib. Sport24.az xəbər verir ki, 43 yaşlı qapıçı İngiltərənin 4-cü divizion komandası "Harinqey"lə müqavilə imzalayıb.

 

Bu, keçmiş futbolçunun hokkey karyerasında 5-ci klub olub.

 

Qeyd edək ki, P.Çex daha əvvəl İngiltərənin "Qilford Feniks", "Çelmsford", "Oksford" və "Belfast" klublarında çıxış edib.