ATP reytinqində ikinci pillədə qərarlaşan Daniil Medvedev Parisdə keçirilən “Böyük Dəbilqə” seriyalı “Rolan Qarros” turnirin ilk mərhələsində gözlənilmədən mübarizəni dayandırıb. Sport24.az xəbər verir ki, nəşhur rusiyalı raketka ustası reytinqdə 172-ci yerdə qərarlaşan braziliyalı Tyaqo Uayldla bacarmayıb.

4 saat 15 dəqiqə davam edən görüşdə Medvedev ilk setdə məğlub olsa da (6:7), sonradan vəziyyəti xeyrinə dəyişə bilib – 7:6, 6:2. Amma son iki hissədə Daniil kortda imkanlarından aşağı səviyyədə çıxış edərək mübarizəni dayandırıb - 3:6, 4:6.

Xatırladaq ki, Medvedev “Rolan Qarros”dan bir həftə əvvəl keçirilən nüfuzlu “Roma Masters” turnirinin qalibi olmuşdu.