Para-üzgüçümüz Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının üçüncü günündə 100 metr məsafəyə brass (qurbağa) üzmə üsulunda finalda finişə birinci çataraq qızıl medal qazanıb.

Sport24.az xəbər verir ki, turnirin ilk günündə digər idmançımız Raman Saley 100 metr məsafəyə arxası üstə üzmə üsulunda Avropa çempionu olub, ikinci günündə eyni məsafəyə kəpənək üzmə üsulunda isə gümüş medal qazanıb.