Atıcılıq üzrə Dünya Olimpiya Təsnifat Turnirində skit növündə mübarizəyə start veriləcək.

Sport24.az xəbər verir ki, yarışda Azərbaycan millisinin snayperləri də iştirak edəcəklər.

Bu gün həm kişi, həm qadınlar qeyri-rəsmi, sabah yarışöncəsi məşq edəcəklər. Aprelin 26-da isə təsnifat mərhələsi start götürəcək.

Ölkəmizi yarışda üç kişi və üç qadın atıcı təmsil edəcək. Niyaz Ağazadə, Fuad Qurbanov, Cavid Həsənov, Nurlana Cəfərova, Reqina Meftəhətdinova və Sevda Mustafayeva hədəfi nişan almağa çalışacaqlar.

Qeyd edək ki, dünən başa çatan səngər stendi (trap) üzrə yarışda yığmamızı təmsil edən Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Rəna Ələskərova və Əlimirzə Quliyev təsnifat mərhələsini keçə bilməyiblər.