Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında Paralimpiya, dünya və Avropa çempionu İmaməddin Xəlilov ilə ustad dərsi keçirilib. Sport24.az xəbər verir ki, istad dərsində 30-a yaxın uşaq və yeniyetmə parataekvondoçu iştirak edib.

 

Milli komandamızın parataekvondoçularının və məşqçi heyətinin də iştirak etdiyi tədbir zamanı parataekvondonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunub.

 

Bu cür layihələrin həyata keçirilməsində əsas məqsəd gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və parataekvondo idman növünü təbliğ etməkdir.