“Vaşinqton Kapitalz”da çıxış edən Aleksandr Oveçkin MHL-də unikal rekord müəyyənləşdirib. Sport24.az xəbər verir ki, “Kolambus Blyu Cekets”lə oyunda fərqlənən rusiyalı hokkeyçi bu mövsüm vurduğu qolların sayını 40-a çatdıraraq 13-cü mövsümündə də edən ilk hokkeyçi kimi tarixə düşüb.

Buna qədər Aleksandr 12 mövsümdə ən azı 40 qol vuran əfsanəvi kanadalı hokkeyçi Ueyn Qretski ilə birgə rekordu bölüşdürürdü. Onların ən yaxın izləyiciləri isə Mario Lemye və Marsel Dionn idi. Adıarı çəkilən əfsanələr 10 müxtəlif mövsümdə bunu bacarmışdı.

Yeri gəlmişkən, Oveçkinin MHL rekordçusu Ueyn Qretskiyə çatmasına cəmi 74 qol qalıb. Bu arada, “Kolambus”la oyunda üzərində SSRİ millisinin üzvlərinin imzası olan “Superseriya 74” klyuşkası da hədiyyə olunub.