MHL-də keçirilən “Reyncers”lə “Pittsburq” arasındakı oyun meydan sahiblərinin hücumçusu Patrik Keyn üçün əlamətdar olub. Sport24.az xəbər ki, Nyu-Yorkun məşhur “Medison Skver Qarden” arenasında keçirilən oyunda 34 yaşlı hokkeyçi MHL-də 1232-ci xalını toplayaraq liqa tarixində ən məhsuldar amerikalı oyunçular arasında 2-ci sırada qərarlaşan Fil Hausliyə çatıb.

Bu mənada rekord isə 1374 xal toplayan əfsanəvi hokkeyçi Mayk Modanoya məxsusdur. Yeri gəlmişkən, bu siyahı ABŞ-da doğulan amerikalı hokkeyçilər üçün tərtib olunub. Digər məşhur amerikalı hokkeyçi Brett Hall Kanadada doğulduğundan onun göstəriciləri bura daxil edilməyib.