Bu gün İdmanxeber.az saytı üçün əlamətdar gündü. Sport24.az xəbər verir ki, 2013-cü ili 13 avqustunda yaranan sayt fəaliyyətinin 10 illik yubileyini qeyd edir.

"İdmanxeber" fəaliyyəti dövründə izləyicilərini idman meydanlarında baş verən ən son yeniliklərlə bağlı vaxtında məlumatlandırmaqla yanaşı, həm də ölkə idmanının inkişafına nail olmağa çalışıb.

Sport24.az kollektivi İdmanxeber.az-dan olan həmkarlarını yubileyləri münasibətilə təbrik edir, onlara yaradıcılıq uğurları arzulayır.