Bu gün həndbol üzrə avrokubokların 2024/25 mövsümünün püşkü atılıb. Sport.24 xəbər verir ki, Avropa Liqası və Avropa kubokunda həm kişi, həm qadın komandalarının rəqibləri bəlli olub.

 

Komandalarımız yarışa 2-ci mərhələdən start verəcək. Kişilərin turnirində bu raund oktyabrın 19-20-də və 26-27-də keçiriləcək. "Kür" Kiprin "Stravolo", "Bakı" isə Monteneqro "Lofçen Çetinye"si ilə görüşəcək. Mingəçevir klubu mövsümə səfərdə, paytaxt təmsilçisi evdə başlayacaq.

 

Qadın komandalarımızdan "Kür" Yunanıstan təmsilçisi "İonias", "Qarabağ" "Differdanj" (Lüksemburq), "Azəryol" "Qaliçanka" (Ukrayna) ilə üz-üzə gələcək. Təmsilçilərimiz ilk matçları evdə keçirməlidir.Qadın komandalarımızın matçları oktyabrın 5-6-da və 12-13-də baş tutacaq

 

Qeyd edək ki, Avropa kubokunda 63 kişi və 64 qadın komanda çıxış edəcək.