Müxtəlif idman növləri üzrə 2023-cü ilin ən yaxşı ölkələrinin siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, 75 növ üzrə ən yaxşılar bəlli olub.

 

24 fərqli ölkə 1-ci yeri tutmağı bacarıb. ABŞ 10, Almaniya 8, Fransa 7 növdə digər ölkələri üstələyib.

 

Birinci yer sahibi olan "24-lük"də Azərbaycan da yer alıb. Ölkəmiz yunan-Roma güləşində planetin ən yaxşısıdır. Bu növdə ikinci yeri İran, üçüncünü Türkiyə tutub.

 

Qeyd edək ki, Azərbaycan reytinq cədvəlində ilk dəfə bir növdə ilin qalibi olub.