“Böyük Dəbilqə” seriyalı turnirlərin 7 qat qalibi Mats Vilander Novak Cokoviçin qarşıdakı yarışlarda çıxışı haqda proqnozlarını verib. Sport24.az xəbər verir ki, isveçli əfsanənin fikrincə, serbiyalı belə davam etsə, hələ çox "Dəbilqə" qazanacaq: "Mənə elə gəlir ki, Cokoviç bundan sonra minimum 2, maksimum 5 “Böyük Dəbilqə” seriyalı turnirin qalibi olacaq. Çünki, o ildə orta hesabla 1 “Dəbilqə” qazanır. Novak hələ də cavan görünür. Sağlam olduğu müddətdə bu ənənəi davam etdirəcək. Amma mənə elə gəlir ki, Federer və Nadalla rəqabət olmasaydı, Novak belə sıçrayış əldə edə bilməyəcəkdi. Cokoviç artıq tennis tarixinin ən yaxşısı ola biləcəyini göstərə bilib. O, tennisi sevir və daha çox oynamağa qadir olduğunu sübut edir”.