Tanınmış şahmatçımız, əməkdar məşqçi Mahir Cəfərovun qızı Ləman qan xərçəngi xəstəliyindən əziyyət çəkir. Ləman özü də əvvəllər şahmatla məşğul olaraq 2-ci dərəcəyə qədər yüksəlmişdir. Təəssüf ki səhhətində yaranan problemlə bağlı bu sahəni yarımçıq saxlamalı olub. Müalicəsi külli miqdarda vəsait tələb etdiyindən ailənin maddi imkanları tükənmək üzrədir. 

Sport24.az kollektivi bütün imkanlı şəxslərə üzünü tutaraq, gül balanın müalicəsinə dəstək olmağa çağırır.

Allah şəfa versin.