"Bakı"nın kişi həndbolçulardan ibarət komandası Avropa Kubokunun II təsnifat mərhələsində "Oxrid"lə (Şimali Makedoniya) hər iki oyunu səfərdə keçirəcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmti məlumat yayıb.

 

Bildirilib ki, oktyabrın 11-də gerçəkləşəcək ilk matçda "Bakı", ertəsi gün isə "Oxrid" meydan sahibi olacaq. "Bilyanini İzvori" İdman Kompleksində keçiriləcək qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-a təyin olunub.