Ötən gün Velko Paunoviçi istefaya göndərən "Ovyedo"nun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın "sükanı" Luis Karriona tapşırılıb. 46 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, "Ovyedo"nu bu ilin martından Paunoviç çalışdırırdı. Serb məşqçinin rəhbərliyi altında komanda ötən mövsüm 24 il sonra ilk dəfə Sequndadan La Liqaya yüksəlib.