İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib. Sport24.az xəbər verir ki, ayın ən yaxşısı "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holand seçilib.

 

O, sentyabrda meydana çıxdığı üç oyunda beş qola imza atıb.

 

Qeyd edək ki, 2022-ci ilin yayından Mançester təmsilçisinin formasını geyinən E.Holann cari mövsümdə meydana çıxıdığı 7 görüşdə 9 qol vurub. "Mançester Siti" hazırda Premyer Liqanın turnir cədvəlində 13 xall beşinci pillədə qərarlaşıb.