İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.;Sport24.az xəbər verir ki, "Milan"ı çalışdıran Massimiliano Alleqri ötən ayın ən yaxşısı seçilib.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
58 yaşlı mütəxəssisə mükafat 19 oktyabr tarixində keçiriləcək "Milan" - "Fiorentina" matçından öncə təqdim olunacaq.
Qeyd edək ki, "Milan" sentyabr ayında A Seriyasında keçirdiyi 3 oyunun hamısında qalib gəlib.