21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, millimiz Karvina şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Karvina şəhər stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb
10 oktyabr
Çexiya (U-21) - Azərbaycan (U-21) 5:0
Qol: Lukaş Maşek, 40, 59, 75, Lukas Ambros, 55, Planka, 85
Karvina şəhər stadionu. Saat 20:00
Baş hakim: Yovan Kaçevski
Baş hakimin köməkçiləri: Daniel Vasilevski, Aleksandar Gyorgyeski
Dördüncü hakim: Krumislav Gyorgiev
(Hakimlər briqadası Şimali Makedoniyadandır)