Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Fransanın qonağı olacaq. Parisdəki  "Park de Prens" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 

Hazırda D rupunda Fransa 6 xalla liderdir, Azərbaycan 1 xalla sonuncu - 4-cüdür. 

 

Bu qrupun digər oyununda İslandiya Ukraynanı qəbul edəcək.

 

Dünya çempionatının seçmə mərhələsi

III tur

D qrupu

22:45. Fransa - Azərbaycan  2:0 (2-ci hissə)

Qol: Mbappe,  45+2, Ardien Rabyo, 69

Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff

VAR: Tom Harald Hagen

AVAR: Siqurd Krinqstad

Paris. "Park de Prens" stadionu.

 

Fransa: 16. Mayk Menyan, 2. Malo Qusto, 17. Vailliam Saliba, 4. Dayo Upamekano, 22. Teo Ernandes, 21. Kepren Türam, 14. Ardien Rabyo, 11. Maykl Olise, 7. Kinqsli Koman, 9. Uqo Ekitike, 10. Kilian Mbappe (k).

 

Baş məşqçi: Didye Deşam

 

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 21. Qismət Alıyev, 11. Rüstəm Əhmədzadə, 8. Emin Mahmudov, 15. Abdulah Xaybulayev, 7. Toral Bayramov, 10. Mahir Emreli

 

Baş məşqçi: Ayxan Abbasov