Millinin oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Araz-Naxçıvan" yoxlama matçı keçirib. Sport24.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi I Liqanın lideri "Şəfa" ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

 

"Qırmızı-ağların" heyətində Bəxtiyar Həsənalızadə fərqlənib.

 

Birinci hissə: Tərlan Əhmədli, İssouf Paro, Vanderson Melo, Bruno Franko, Elçin Mustafayev, Qara Qarayev, Patrik Andrade, Mustafa Əhmədzədə, Nuno Rodriques, Ülvü İsgəndərov, Hamidu Keyta

 

İkinci hissə: Tərlan Əhmədli, Ömər Buludov, Bəxtiyar Həsənalızadə, İssouf Paro, Slavik Alxasov, Coşqun Diniyev, Mustafa Əhmədzadə, Çarles Boli, Felipe Santos, Bar Kohen, B. Chance Simakala