"Atletiko"nun hücumçusu Aleksandr Sörlot İngiltərə Premyer Liqasına qayıda bilər. Sport24.az xəbər verir ki, "Nyukasl" norveçli futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

 

"Sağsağanlar" Sörlotu qışda heyətinə qatmağı planlaşdırır. "Nyukasl" 29 yaşlı forvard üçün 50 milyon avroluq təklif hazırlayır.

 

Qeyd edək ki, "Atletiko" Aleksandr Sörlotu ötən ilin yayında "Vilyarreal"dan transfer edib. Norveç millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2qol vurub. Təcrübəli oyunçu İngiltərədə daha əvvəl "Kristal Pelas"ın formasını geyinib.