Azərbaycan avarçəkəni Bəhmən Nəsiri Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanıb. Sport24.az xəbər verir ki, bir nəfərlik akademik avarçəkmə qayığında 2000 metr məsafədə yarışan təmsilçimiz 3-cü yeri tutub.

Təsnifat və yarımfinal mərhələlərini birinci yerdə başa vuraraq A finalında yarışmaq hüququna yiyələnən Nəsiri həlledici yürüşdə çempionluğu son anda əldən verib. Belə ki, qalib fotofinişlə müəyyən edilib.

Eyni növdə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə isə B finalında 3-cü nəticə göstərib.