Azərbaycan fiqurlu konkisürənləri İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Sport24.az xəbər verir ki, Adrienna Karhart və Aleksandr Kolosovskidən ibarət rəqs dueti "Egna Dance Tophy"də mübarizə aparacaq.

 

Onlar fevralın 10-da bədii rəqslə buz üzərinə çıxacaqlar. Təmsilçilərimiz ertəsi gün sərbəst rəqs nümayiş etdirəcəklər.

 

Qeyd edək ki, yarışda 22 duet mübarizə aparacaq.