Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirin ikinci günündə bir gümüş və bir bürünc medalı qazanıblar.

Sport24.az xəbər verir ki, milli komandamızın üzvü Ramil Vəlizadə 200 metr məsafədə batterflay üsulunda 2.02.35 nəticə ilə kürsünün 2-ci pilləsinə qalxıb.

50 mert batterflay üsulunda finala vəsiqə qazanan Məryəm Şeyxəlizadəxangah isə 27.91 nəticə ilə güclülər sırasında ilk üçlükdə yer alıb. Bununla da o, sayca 2-ci bürünc medalını qazanıb. Məryəm yarışın ilk günündə 50 metr məsafəyə sərbəst üsulla üzmədə də 26.83 saniyə nəticə ilə üçüncü olmuşdu.