Parakamandan oxatma üzrə milli komandamızın üzvü Cahan Musayev Paris-2024 Paralimpiya Oyunlarında iştirak edəcək.

Sport24.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İdmançıya Beynəlxaq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ ("bipartite") verilib.