Azərbaycan yığmasının cüdoçusu Zelim Kotsoyev tarixi uğura imza atıb.

Sport24.az xəbər verir ki, o, ardıcıl 3-cü dünya çempionatında medal qazanıb.

Zelim Abu-Dabidə keçirilən mundialda fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bundan əvvəl Kotsoyev 2022-ci ildə Daşkənd, 2023-cü ildə isə Dohada keçirilən mundiallarda medal qazanıb. Onun qazandığı medalların əyarı bürünc olub.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 2-ci qızılını qazanıb. BƏƏ-də ilk uğura Hidayət Heydərov (73 kq) imza atıb.