Avstriyanın Qras şəhərində keçirilən cüdo üzrə Avropa kubokuna yekn vurulub.

Sport24.az xəbər verir ki, Azərbaycan yığması turnirin sonuncu günündə daha bir medal qazanıb.

-90 kq. çəkidə mübarizə aparan cüdoçumuz Vüqar Talıbov finala qədər irəliləyib. Lakin o, yarımfinal görüşündə zədələndiyi üçün, həkimlərin və baş məşqçi Elxan Məmmədovun birgə qərarına əsasən final görüşünə çıxa bilməyib. Nəticədə idmançımız turniri gümüş medalla başa vurub.

Xatırladaq ki, yarışın ilk günündə yığmamızın digər üzvü Vüsal Qələndərzadə (-73 kq) də Avropa kubokunun gümüş medalını qazanmışdı.