Cüdo üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə 2 medal qazanıb. Sport24.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. O, italiyalı Matteo Pirasa qalib gəlib. Eyni çəkidəki digər təmsilçimiz Rəşad Yelkiyev isə üçüncü yer uğrunda dueldə braziliyalı Villian Limaya məğlub olub.

 

Balabəy Ağayev də (60 kq) "bürünc" qazanıb. İlk gündə tatamiyə çıxan digər 6 cüdoçu isə medalsız qalıb.

 

Qeyd edək ki, martın 24-dək davam edəcək "Böyük Dəbilqə" turnirinə Azərbaycan millisi 9 çəki dərəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.