Avstriyanın Lints şəhərində keçirilən cüdo üzrə Qran-Priyə start verilib. Sport24.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin iki idmançısı tatamiyə çıxıb.

 

52 kq çəkidə mübarizəyə qoşulan qadın cüdoçularımız Gültac Məmmədəliyeva və Aydan Vəliyeva medal qazana bilməyiblər. Gültac Camila Silvaya (Kabo-Verde) uduzaraq yarışla vidalaşıb. Aydan öncə israilli Rut Lavi, ardınca ABŞ təmsilçisi Ancelika Delqadonu məğlub edib. O, 1/4 finalda braziliyalı Cessika Pereyraya uduzub. Xanım cüdoçumuz təsəlliverici görüşdə Mariya Siderota (Portuqaliya) uduzaraq, Qran-Prini 7-ci pillədə başa vurub.

 

Qeyd edək ki, yığmamız turnirə 5 cüdoçu ilə yollanıb.