BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Sport24.az xəbər verir ki, bu gün fərdi yarışlara yekun vurulacaq.

Mundialın 5-ci günündə üç çəkidə mükafatlar sahibini tapacaq. Azərbaycan millisinin üzvü Zelim Kotsoyev də tatamiyə çıxacaq.

Kişilər
100 kq

Zelim Kotsoyev mübarizəyə ikinci mərhələdən başlayıb. O, ilk görüşündə Yunq-Hun Vonqu (Cənubi Koreya) məğlub edib. Kotsoyev 1/8 finalda israilli Peter Palçiklə güləşəcək.

Qeyd edək ki, Azərbaycan yığması çempionatın əvvəlki dörd günündə 1 qızıl medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə bütün rəqiblərini üstələyib.