Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirinin ilk yarış günündə Azərbaycan qızıl medal qazanıb. Sport24.az xəbər verir ki, kişilər arasında -73 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov qızıl mükafata yiyələnib.   Hidayət final görüşündə Yaponiya təmsilçisi Soiçi Haşimotoya qalib gəlib.

Bununla cüdo tariximizdə ilk dəfə Yaponiyada Azərbaycan himni səsləndirilib.

Digər cüdoçumuz 81 kq-dakı Zelim Tçkayev isə bürünc mükafata sahib çıxıb. O, 3-cü yer uğrunda görüşdə Tacikistan təmsilçisi Somon Makhmadbekovu məğlub edib.