Azərbaycan yığması Berlində cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa Kubokunda 1-ci yeri tutub. Sport24.az  xəbər verir ki, millimiz turnirdə ümumilikdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

 

Turnirin son günündə tatamiyə 4 cüdoçumuz çıxıb. Əli Qazıməmmədov (81 kq) qızıl, Cəsur İbadlı (73 kq) gümüş, Mehdi Abbasov (81 kq) isə bürünc medal qazanıb.

 

Qeyd edək ki, Avropa Kubokunun ilk günündə 7 dəfə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.