Dünya cüdosunun aparıcı ölkələrindən olan Cənubi Koreya Bakıda keçiriləcək "Böyük Dəbilqə"də 7 idmançı ilə təmsil olunacaq. Sport24.az xəbər verir ki, turnirdə komandanın əsasən ikinci heyəti mübarizə aparacaq.

 

Tokio "Böyük Dəbilqə"sinin bürünc mükafatçısı Jun-Sunq An (81 kq), Universiadanın finalçısı Ju-Eop Han (90 kq), həmçinin Yonq-Kyul Li (60 kq), Hien-Çel Kanq (73 kq), Sunq-Ho Li (90 kq), Vyu-Hok Sonqa (+100 kq) və Hyek-Onq Li (48 kq) Bakıda güclərini sınayacaq.

 

Qeyd edək ki, paytaxtımızdakı "Böyük dəbilqə" fevralın 16-18-də keçiriləcək.