Yunanıstanın Heraklion şəhərində keçirilən veteran cüdoçular arasında Avropa çempionatına yekun vurulub.

Rekord.az xəbər verir ki, yarışın son günündə komanda yarışı baş tutub.

Kişilərdən ibarət Azərbaycan millisi qitə çempionatının bürünc medalını qazanıb. 

Xatırladaq ki, Azərbaycanın veteran cüdoçuları fərdi yarışlarda 9 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar. Bununla ölkəmiz ümumkomanda hesabında birinci yeri tutub.