Azərbaycan Cüdo Federasiyası yaxın illərdə klublar liqası yaratmağı planlaşdırıb.

Sport24.az xəbər verir ki, bunu qurumun icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

O, bu layihə ilə bağlı Gürcüstan tərəfi ilə danışıqlar aparıldığını bildirilib. Yaxın illərdə reallaşması gözlənilən liqaya gələcəkdə Türkiyənin cəlb olunması nəzərdə tutulub.