Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda usta cüdoçular arasında Avropa çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, yarış iyunun 8-10-da baş tutacaq.

 

Çempionatda 35 ölkədən 800 idmançı mübarizə aparacaq. Azərbaycan 8 yaş kateqoriyasında 30 idmançı ilə təmsil olunacaq. Sarayevoda Elvin İsmayılov (M1, 60 kq), Rəşid Şəmizadə (M1, 66 kq), Orxan Hacıağalı (M1, 81 kq), Vüsal Kərimov, Xəyal Zalıyev (hər ikisi M2, 66 kq), Nadir Babayev (M2, 73 kq), Vüqar Alıyev (M2, 81 kq), Oqtay Paşayev (M2, 90 kq), Elçin Məmmədov (M2, 100 kq), Mənsur Abbasov (M3, 60 kq), Vüqar Babayev (M3, 66 kq), Emil Məhərrəmov (M3, 73 kq), Azər Fətullayev (M3, 81 kq), İlqar Ağarəhimov (M3, 90 kq), Valeri Fomin, Nizami Məmmədov, Ramil Muradov (hamısı M3, 100 kq), Babək Hacıyev (M4, 60 kq), Rəfael Mehdiyev (M4, 66 kq), Əli Əlibəyli (M4, 73 kq), Rauf Fərzəliyev (M4, 81 kq), Mahir Ağamirzəyev (M4, 90 kq), Emil Hüseynov (M4, 100 kq), Firdovsi Bayramov (M5, 90 kq), Natiq Qasımov (M6, 90 kq), Qalib Qasımov (M6, +100 kq), Nazim Əliyev (M7, 90 kq), Vahid Azərpur (M8, 66 kq), Şamil Sövzəliyev (M8, 81 kq), Fərhad Rəcəbli (M8, 90 kq) tatamiyə çıxacaq.

 

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov da iştirak edəcək.