WBC versiyası üzrə superağır çəkidə dünya çempionu Tayson Fyuri növbəti rəqibinin kim olacağı ilə bağlı suallara aydınlıq gətirib. Sport24.xəbər verir ki, britaniyalı boksçu hələ ki axtarışda olduğunu söyləyib: “Növbəti döyüşümü kimə qarşı və harada keçirəcəyəyəm? Hələ ki, bilmirəm. Hazırda münasib stadion axtarışındayam. Kim bilir, bəlkə də bu görüş Santa-Kruzda baş tutacaq. Rəqibimə gəlincə, görürəm ki, indi müxtəlif adlar çəkirlər, amma mən buna fikir vermirəm. 14 ildir ki, şayiələrin həqiqəti əks etdirmədiyini görürürəm. Hazırda boks biznesi mənim üçün əsas məsələdir. İnsanların nəyi müzakirə etməsi məni qətiyyən maraqlandırmır. Bu haqda heç danışmaq istəmirəm. Desələr ki, sabah döyüşmək lazımdır, problem deyil, mən hazıram. Hazırda gündə bir neçə şüşə pivə içirəm və günəş vannası qəbul edirəm”.