Bosniya və Herseqovinanın Banya Luka şəhərində start götürəcək məktəbli qız və oğlan boksçular arasında Avropa birinciliyində milli komandalarımız da mübarizə aparacaq. Sport24.az xəbər verir ki, avqustun 3-dən başlayan yarış səkkiz gün davam edəcək.

 

Oğlanların yarışında yığmamız Sahib Baxışlı (40 kq), Əli Abaslı (42 kq), Ramiz Ağadadaşov (44 kq), Oğuz İbrahimli (46 kq), Tunar Mehtiyev (48 kq), Yusif Həsənli (50 kq), İbrahim Bədəlli (52 kq), Adəm Aslanov (54 kq), Anzor İsrafilov (57 kq), Nurlan Müseyibli (60 kq), Şükar Əliyev (63 kq), Şahin Layıcov (66 kq), İsmayıl Məmmədov (70 kq), Mehran Rəsulov (75 kq), Yusif Ağakişiyev (80 kq) və Uğur Həsənovla (90 kq) təmsil olunacaq.

 

Qız təmsilçilərimiz isə Aysel Fərəcova (40 kq), Ayşən Miriyeva (42 kq), Saraxanım Səmədova (44 kq), Sima İsmayılova (46 kq), Cəmilə Muradlı (48 kq), Kəmalə Həsənova (51 kq), Səma Abbasova (60 kq) və Fidan Bəkərovadır (64 kq).

 

Hakimlər sırasında Qalib Əbiyev yer alacaq.