Azərbaycan millisinin Slovakiya yığması ilə bugünkü oyun üçün “23-lüy”ü açıqlanıb. Sport24.az xəbər verir ki, iki matç üçün çağırılan 26 nəfərlik heyətdən üç futbolçu kənarda qalıb.
Belə ki, cəzalı Mahir Emrelinin bu qarşılaşmanı buraxacağı öncədən məlum idi. Mahirdən savayı daha iki futbolçu heyətdən kənarda qalıb. Bunlar "Zirə"nin futbolçuları - müdafiğçi Qismət Alıyevlə hücumçu Rüstəm Əhmədzadədi.
Qapıçılar: 1. Emil Balayev, 12. Şahrudin Məhəmmədəliyev, 23. Səlahət Ağayev;
Müdafiəçilər: 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 5. Cəlal Hüseynov, 6. Höccət Haqverdi, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 16. Anton Krivotsyuk;
Yarımmüdafiəçilər: 3. Elvin Cəfərquliyev, 7. Anatoli Krivotsyuk, 8. Emin Mahmudov, 14. Eddi İsrafilov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22. Aleksey İsayev;
Hücumçular: 9. Renat Dadaşov, 10. Musa Qurbanlı, 11. Ramil Şeydayev.
Xatırladaq ki, Slovakiya – Azərbaycan matçı saat 22:45-də start götürəcək.